NATO-nun Əfqanıstandakı qüvvələri tərcüməçi və bir Britaniya əsgərinin həlak
olmasına baxmayaraq yaraqlıların girov götürdüyü New York Times-ın
müxbirini azad etməyə nail olublar. İrlandiya –
Britaniya ikili vətəndaşlığına malik olan Stefan Farrel keçən həftənin şənbə
günü Kunduz vilayətində NATO-nun mübahisəli hava hücumu nəticələri barədə
reportaj hazırlayarkən oğurlanmışdı. Farrel qəzetə bildirib ki, onunla eyni
vaxtda oğurlanan tərcüməçisi Sultan Minadi xilasetmə əməliyyatı zamanı
öldürülüb. Farrelin sözlərinə görə, tərcüməçinin yaraqlılar və ya xilasedici
dəstə tərəfindən öldürüldüyü barədə məlumatlı deyil. Reyd zamanı əfqan qadın da
öldürülüb. Əfqanıstan və Pakistan
dağlarında 7 ay əsir saxlanılan New York Times-ın digər müxbiri Deyvid
Rode iyun ayında xilas edilmişdi. Hər iki hadisə
zamanı qəzet jurnalistlərin təhlükəsizliyi üçün oğurluq barədə heç bir şərh verməmişdi.