Accessibility links

ABŞ-da elektron kitablardan istifadə artır


Birləşmiş Ştatlarda keçən il tələbələr dərsliklər üçün orta hesabla 700 dollar xərcləyib. Milli Universitet Dükanlarının Assosiasiyasının hesabatına görə, dövriyyədə 5 milyard dollarlıq dərsliklər və kurs materialları var. Assosiasiya sözçüsü Çarlz Skmidt deyir ki, elektron kitabların satışı hazırda 2-3 faiz təşkil edir. Ancaq onun fikrincə bu göstərici 2012-ci ilədək 10-15 faizə çata bilər.
Məşhur universitet dərslikləri çoxunun indi online versiyası mövcuddur. Elektron dərsliklər yeni normal dərslikdən 2 dəfə ucuz başa gəlir. Ancaq tələbələr semestr bitəndən sonra bu dərsliklərə çıxışını itirir. Bununla yanaşı, bu dərsliyin yanlız bir vasitədə yerləşdirilməsi mümkün olduğundan onu başqaları ilə bölüşmək olmur.

Bəs görəsən tələbələr elektron kitab barədə nə düşünür? Şimal-Şərq Missuri Ştat Universitetinin administratorları bu suala cavab tapmağa çalışıb. Bu ilin əvvəlində onlar 20 dərs üzrə 500 tələbəni sorğuya cəlb edib.

Bu universitet qeyri-adidir. Universitet 7000 əyani tələbəsini komputerlə təmin edir, həm də tələbələrdə elektron kitabları almağı tələb etmir. Pula qənaət üçün onlara bu kitablar icarəyə verilir.

Sorğunun nəticələri göstərib ki, kitabları internetdən yükləməl asa olub. Onlar yüngül kürək çantalarının daşınması ideyasını dəstəkləyib. Və respondentlərin 56 faizi deyib ki, onlar üçün informasiya əldə etmək daha asan olub.

Ancaq çoxları elektron dərsliklərdən istifadənin onların təhsil vərdişlərini dəyişməyəcəyini düşünür. 60 faiz respodnent hesan edir ki, onlar adi kitablardan istifadə edərkən daha çox oxuyurlar. Ancaq sorğuya görə, qiymətin ucuzluğunun böyük təsiri ola bilər. Sorğuda iştirak edənlərin 55 faizi deyir ki, onlar elektron kitablardan istifadəyə üstünlük verir.

Rocer Von Holzen Şimal-Şərqi Missuri Ştat Universitetində İnformasiya Texnologiyası Mərkəzinin rəhbəridir. Onun sözlərinə görə, administratorlar hazırda elektron kitabların mövcudluğundan məyus olublar, çünki onların çoxu interaktiv deyil. Fikrimcə bu növ kitablara video, fəaliyyətlər, oyunlar əlavə ediləndən sonra istifadədə artım müşahidə olunacaq. Texnologiya inkişaf edir. Ancaq hazırda bu kitabların çoxunda ekranda yalnız sözlər yazılır.
XS
SM
MD
LG