ABŞ
prezidenti Barak Obama çərşənbə gecəsi Konqres qarşısında etdiyi çıxışda
qanunvericiləri sərt ritorikanı bir kənara qoyaraq mənalı səhiyyə islahatları
qanununu qəbul etməyə çağırıb. Cənab Obama
öz təklifləri haqda dizinformasiya yayanları sərt tənqid edib ki, bu
ittihamların sırasında Obamanın “ölüm panelləri” yaradacağı haqda iddialar
var. Prezident qarşıdan gələn həftələrdə
qanunvericilərlə ortaq məxrəcə gəlinəcəyinə söz verib. Cənab Obamanın təklif etdiyi 900 milyard
dollarlıq plan özəl şirkətlərlə rəqabət aparacaq hökumət sığortası nəzərdə
tutur. İctimai seçim adlanan variant
Konqresin liberal Demokratları tərəfindən dəstəklənir. Lakin Respublikaçılar hökumətin səhiyyə
xidmətlərinə sahib çıxmasını tənqid edirlər.
Respublikaçıların prezident Obamanın müraciətinə cavabında Konqres üzvü
və ürək cərrahı Çarls Bustani hökumətin nəzarətində olan səhiyyə sisteminin
düzgün cavab olmadığını söyləyib.