Accessibility links

Dəyirmi Masa: Xəzəryanı dövlətlərin Aktau sammiti və İran


Şənbə günü Xəzəryanı dörd dövlətin liderləri Qazaxıstanın Aktau şəhərində bir araya gələrək regional və beynəlxalq məsələləri müzakirə edəcəklər. Bu arada İranın xarici işlər naziri bəyanat verərək Xəzəryanı dövlətlərin sammitə İslam Respublikasının dəvət olunmamasını sərt tənqid edib. Iran rəsmisinin sözlərinə görə planlaşdırılan sammit iranın maraqlarına qarşı yönəlib. Xəzərin hüquqi statusu və regional münasibətləri müzakirə etmək üçün həftənin ənənəvi dəyirmi masa söhbətinə Bakı Dövlət Universitetinin dosenti İranşünas Atamoğlan Məmmədli və Ayna qəzetinin Yaxın Şərq üzrə şərhçisi Sədrəddin Sultanı dəvət etdik.

Sammitin əhəmiyyətini dəyərləndirən Atamoğlan Məmmədli Sovet ittifaqı dağıldıqdan sonra regional resur bölüşdüşməsində müəyyən boşluğun yarandığını diqqətə çəkdi. Onun sözlərinə görə Sovet dönəmində dəniz hüdudları aydın idi və İran bu hüdudlara hörmət edirdi. Lakin regionda yeni müstəqil dövlətlərin meydana çıxması bu resursların bölüşdürülməsini yenidən gündəmə gətirib. Azərbaycan hazırda İran və Türkmənistandan müəyyən iddialarla üzləşir. Lakin cənab məmmədlinin sözlərinə görə bütün tərəflərin marağındadır ki, bu fikir ayrılığı yaxın zamanlarda çözülsün. Belə ki, Xəzərin hüquqi statusu tam müəyyənləşmədən hər hansı beynəlxalq lenerji layiəsi hıyata keçirmək çətin olacaq. Oİ, habelə ümidvar olduğunu bildirdi ki,I Azərbaycan Türkmənistanla da mövcud olan problemləri dialoq vasitsilə nizama sala biləcək.

Rusiyanın Aktau sammitinin təşkilində oynadığı roldan bəhs edən Sədrəddin Sultan Moskvanın regional siyasətdə aktivlik göstərməyə can atdığını bildirdi. Onun fikrincə bu, Rusiyanın İranla qarşıdurmaya getməsi anlamına gəlmir. Eyni zamanda Moskva regional dövlətlərə aydın etmək istəyir ki, onun Xəzərdə ciddi maraqları var və bu maraqları qorumaq əzmindədir. Bir çox beynəlxalq məsələlərdə İranla Rusiyanın birgə mövqedən çıxış etdiyini önə çəkən Sədrəddin Sultan yaxın zamanlarda bu dövlətlər arasında ciddi qarşıdurmanın real olmadığını söylədi. O, əlavə etdi ki, İranın daxilində Rusiyanın məramları və ona göstərilə biləcək etimadla ilə bağlı şübhələr var ki, bunlar da tarixi köklərə malikdir. Bu baxımdan İranın Azərbaycanla problemlərində də İranda yaşayan çoxsaylı Azərbaycan türklərinin rolu və İran hökumətinin milli azlıqlarla bağlı yürütdüyü siyasət nəzərə alınmalıdır.

XS
SM
MD
LG