Accessibility links

BMT Baş Assambleyası Gürcüstanda məcburi köçkünlər və qaçqınlarla bağlı qətnamə qəbul edib


BMT-nin Baş Assambleyası məcburi köçkünlərin Gürcüstanın separatçı regionları olan Abxaziya və Cənubi Osetiyaya qayıtmaq hüququnu tanıyan qətnaməni qəbul edub.

Gürcüstan prezidenti Mixail Saakaşvili qətnamənin olduqca böyük əhəmiyyət daşıdığını bildirib.

Baş Assambleya öhdəliksiz qətnaməni 48 lehinə 19 əleyhinə səslə qəbul edib. Abxaziya, Gürcüstan və Cənubi Osetiyadan məcburi köçkünlər və qaçqınlara şamil edilən sənəd Rusiyanın kəskin etirazlarına baxmayaraq qəbul edilib.

BMT-nin mətbuat üçün açıqlamasında deyilir ki, Gürcüstanın səfiri sənədin "bütün dünyada məcburi köçkünlər və qaçqınlarla həmrəyliyə dair güclü siqnal" kimi qiymətləndirib. Rusiyanın BMT-dəki səfiri qətnamənin siyasi xarakter daşıdığını deyərək onu tənqid edib və əlavə edib ki, bu, Cenevrədə gedən müzakirələrə təsir göstərəcək.

XS
SM
MD
LG