Accessibility links

ABŞ prezidenti səhiyyə işçilərilə görüş keçirib


Prezident Barak Obama ABŞ Konqresinin birgə iclasında çıxışından sonra bu gün səhiyyə islahatların dəstək qazanmaq məqsədilə görüşlər keçirib.Cənab Obama Ağ Evdə səhiyyə işçiləri ilə görüşdə tibbbacılarıdan dəstək istəyib. O deyib ki, iqtisadi tənəzzülün fonunda son 12 ayda sığörtası olmayan insanların sayı 6 milyona çatıb.

Dünən səhiyyə islahatları çıxışı zamanı cənab Obama qanunvericilərə deyib ki, ritorikanı kənara qoyub əhatəli səhiyyə islahatlarını qəbul etmək lazımdır. Çıxışı zamanı cənab Obama 900 milyard dollarlıq planın detallara toxunub və özəl şirkətlərlə rəqabət apara biləcək hökumətin sponsorluq edəcəyi sığorta imkanlarından danışıb.

XS
SM
MD
LG