Accessibility links

Ərdəbililli siyasi fəalların həbsi yuxarı məhkəmə tərəfindən təstiq edilib


Ərdəbildə ikinci instansiya məhkəməsi beş iranlı Türkü həbs cəzasına məhkum etdi. Bu həbs hökmü bu gün onların Tehrandakı vəkilinə bildirildi.

Bu xəbəri onların vəkili Məhəmməd Riza Fəqihi Amerikanın səsinin müxbirinə verdiyi müsahibədə dedi.

Ərdəbilin Təcdidi Nəzər yəniapelyasiya məhkəməsinin 7-inci şöbəsi Behruz Əlizadə, Vədud Səadəti, Rəhim Gulami, Hüseyn Hüseyniyə Mehmandar,və Ərdəşir Kəriminin, hərbirini bir il zindana məhkum etdi.

Əsgər Əkbərzadə,Ərdəbilli digər siyasi fəal isə aşağı məhkəmənin ona verdiyi 5 il həbs və sürgün cəzasına etiraz olaraq müraciət edlədiyi 6-cı Təcdidi Nəzər Şöbəsinin qərarını gözləyir.

Bu altı Ərdəbilli siyasifəal, 16 ay əvvəl tutulmuşdular. İran Azərbaycanından aldığımız xəbərlərə görə o zaman onları20 gün bir nəfərlik hücrələrdə saxlamışdılar. Bu müddətdə, onlara nəyinki ruhi işkəncə,ağır cismi işkəncələr də vermişdilər. Türkiyədəyaşıyan, Azərbaycanlı Siyasi Məhbusları Müdafiyə KomitəsininsözçüsüYaşar Hakkakpurundediyinə görə Hüseyn Hüseyniye Mehmandar və Behruz Əlizadə ağır işkəncələr nəticəsindəxuşlarını itiriblər. Yaşar Hakkakpur əlavə edir ki, həmin işkəncələr altında Azərbaycanlı fəallardan etiraf alıblar.

Fəalların vəkili Məhəmməd Riza Fəqihi deyir: Onları bir siyasi yazını yayanda tutublar. Vəkilin dediyinə görə onlara qarşı ən ağır ittihamlar“Nizamın ziddinə təbliğat aparmaq” və “Yalan məlumat yaymaq” ittihamları olabilərdi. Amma təəssüflər olsun ki, Azərbaycanlı fəallara qarşı başqa ittihamlar da irəli sürülüb. Həmin iki ittihamlara əlavə olaraq onlar “qeyri qanuni qrupa üzv olmaq” və “Nizamın əmniyyətini pozmaq”la da ittiham olunublar.

İttilatın bu ittihamları əsasında oların beşini də həm ümumi məhkəməyə və həm də İnqilab məhkəməsinə veriblər. İnqilab Məhkəməsinin Birinci Şöbəsinin hakimi Həsənzadə, onların hər birini 5 il zindana məhkum edib.

Əldə etdiyimiz məlumatlara görə Azərbaycanlı fəalların vəkili bir insan haqlarını müdafiyə qrupu tərəfindən göndərilib. Hakkakpur deyir ki, amma o vəkil, təzyiqlər altında, həminmühakimə prosesinin ortasında fəalları təmsil etməkdən imtina edərək məhkəməni tərk etmişdi və bunun nəticəsindəonlar vəkilsiz qalmışdılar. Onların hərbiri 5 ilə məhkum olmuşdu. Onlar sonralar Fəqihini vəkilliyə cəlb etmişdilər.

Əsgər Əkbərzadə və Fəqihi onun da 5 il həbs hökmünə etiraz veriblər. Amma onun məhkəmə işi Təcdidi Nəzərin 6-cı şöbəsindədir və hələ onun üçün son qərar çıxmayıb. Vəkili ümid edir ki, Əkbərzadə haqqıhda 5 illik həbs və sürgün hökmüaradan götürülsün.

XS
SM
MD
LG