Accessibility links

Aktau sammiti Xəzərsahili ölkələri bir araya gətirir


Bu gün Qazaxıstanın Aktau şəhərində Azərbaycan, Rusiya, Türkmənistan, və Qazaxıstan liderləri enerji və digər regional məsələlərə dair qeyri-rəsmi sammitə qatılır. Türkmənistan dünyaın ən böyük qaz yataqlarına malik ölkədir. Bu görüş Avropanın diqqət mərkəzində Rusiya ərazisindən yan keçən boru xətlərinin çəkilməsi olduğu bir vaxt keçirilir. Qeyd edək ki, qitənin 25 faiz enerjisi Rusiyadan nəql edilir. Sammitdə təmsil olunmayan yeganə Xəzərsahili ölkə İrandır. Həftənin əvvəlində İranın Press TV telekanalı xarici işlər naziri Mənuçehr Möttəkiyə istinadən bildirmişdi ki, sammit İranın milli maraqlarına ziddir. İran və onun Xəzər sahili qonşuları uzun müddətdir regionun enerji mənbələri uğrunda mübarizə aparır. Bununla yanaşı, Rusiya prezidenti Dmitri Medvedev deyir ki, Rusiya və Qazaxıstan birgə mülki atom elektrik stansiyası yaradacaq.

XS
SM
MD
LG