Rusiyanın
Dağıstan Respublikasının rəsmiləri deyir ki, prokurorluq rəsmisi odlu silahdan
atılan atəş nəticəsində qətlə yetirilib. Verilən məlumatlara görə, həbsxanalara
nəzarət edən Maksud Maksudov bu gün səhər Mahaçqalada evindən çıxan zaman
öldürülüb. Bu arada rəsmilər bildirir ki, Dağıstanda hüquq mühafizəçiləri
Tabasaranski regionunda axtarış əməliyyatları nəticəsində 4 yaraqlını öldürüb.
Hələlik həlak olan yaraqlıların kimliyi müəyyən edilməyib. Qeyd edək ki,
Dağıstanda Rusiya hərbi qüvvələri 10 ildən çoxdur ki, yaraqlılarla mübarizə
aparır.