Bu həftə Amerikaya qarşı 2001-ci il 11 sentyabr terror aktlarının 8-ci ildönümü tamam oldu. Lakin 8 il sonra belə Nyu York şəhərinin hansı hissəslərinin yenidən tikilməsi və ya xəstə insanların sayının artmasına hücumun səbəb olub-olmamasına dair mübahisələr davam edir. Ground Zero kimi tanınan bölgənin bəzi sakinləri xatirələrini bizimlə bölüşüb. 2001-ci il 11 sentyabr terror aksiyalarını Nyu-yorkluların əksəsriyyəti yaxşı xatırlayır. 8-46-da təyyarələrdən birinin Ümumdünya Ticarət Mərkəzinin birinci binasına çırpılması ilə şəhərin sakitliyi pozulur. Anjela Cekson yaxınlıqdakı iş yerinin pəncərəsindən baş verənlərə şahid olur. Bir dəqiqə sonra ikinci binaya hücum baş verir "İnsanlar ağlaşır, şüşə qırıntılarından yaralananlara kömək etməyə çalışırdı. " Bir müddət sonra əkiz qüllələrdən birinin çökməsi daha bir şoka səbəb olur. Həmin hadisə bir çoxlarının gözü önünündən silinməyib. Katlin Kross bu dəhşətli mənzərəni yaxınlıqdakı mənzilinin pəncərəsindən izləyib. O, bir anda yaşıllığın tozla örtüldüyünü deyir. Hücumlardan bir həftə sonra Nyu Yorkun səhm birjası fəaliyyətini bərpa edir. Bunun ardınca şəhərin digər biznesləri də işlərini bərpa edir. İşə qayıdanlar bir ay sonra belə havada toksik maddələrin iyini hiss etdiklərini deyirlər. Kisen Con yuxarı tənəffüs orqanlarında problemlərin məhz həmin vaxt başladığını deyir. İndi isə o astma xəstəsidir. 9-11 Tibb qrupundan Kleyr Kalladin Zəhərli maddələrdən xəstələnən insanların sayının on minlərlə olduğunu söyləyir. Onun dediyinə görə, Ümumdünya Ticarət Mərkəzinnin dağıntılarından yayılan zəhərli maddələrin insanların bütün orqanizmi, əsəb və həzm sisteminə böyük təsiri olub. 11 sentyabr hücumları Nyu Yorkun psixoloji sarsıntısına da yol açıb. Lakin hələ də bir çoxları Ümumdünya Ticarət Mərkəzinin yerində yeni binaların ucalmasını səbirsizliklə gözləyir. Sahənin bərpası işlərinə başlanılsa da, onun xərci və bu vəsaiti kimin ödəyəcəyinə dair suallar tam cavabını tapmayıb.