Accessibility links

Sincanda iynə hücumçularına hökm oxundu


Rəsmilər xəbər verir ki, Çinin şimal-qərbi Sincan vilayətində məhkəmə iynə hücumlarında təqsirləndirilən 3 adama 15 illik həbs cəzası verib. Şinhua xəbər agentliyinin məlumatına görə iki saatlıq məşvərətdən sonra məhkəmə 19 yaşlı Yilipan Yilihamunu bir qadını iynə ilə vurduğuna görə 15 il azadlıqdan məhrum edib. 35 yaşlı kişi və 22 yaşlı qadın da taksi sürücüsünü iynə ilə hədələdiklərinə və ondan 104 dollar oğurladıqlarına görə 10 il azadlıqdan məhrum ediliblər . Müttəhimlərin adlarından belə aydın olur ki, onlar etnik uyğurlardır.
XS
SM
MD
LG