Cənubi Koreya deyir ki, o, Birləşmiş Ştatların Şimali Koreya ilə birbaşa danışıqlar aparmasına qarşı çıxmayacaq. Cənubi Koreyanın xarici işlər nazirliyi deyir ki, altıtərəfli danışıqlar çərçivəsində aparılarsa, o, Vaşinqtonla Pxenyan arasındakı danışıqları dəstəkləyəcək. ABŞ Dövlət Departamentinin rəsmisi cümə günü bəyan edib ki, Obama administrasiyası ABŞ-ın Şimali Kopreya üçün xüsusi elçisi Stefen Bosvortun Şimali Koreya rəsmiləri ilə birbaşa danışqılar aparmasını nəzərdən keçirir. Yeni ABŞ strategiyası Bozvort və başqa ali amerikalı elçi Sunq Kimin Cənubi Koreya, Rusiya, Çin və Yaponiya rəsmiləri ilə məsləhətləşmələrindən sonra təşəkkül tapıb. Bununla belə ABŞ deyir ki, siyasətdə dəyişiklik olmayıb, çünki Pxenyanla danışıqlar altıtərəfli danışıqlar çərçivəsində həyata keçiriləcək.