Accessibility links

Dağıstanda 4 yaraqlı öldürülüb


Rusiyanın Dağıstan Respublikasının polisləri Mahaçqalada keçirilən əks-terrorizm əməliyyatı zamanı 4 yaraqlını öldürdüklərini bildirib. Rəsmilər deyir ki, bu gün öldürülən yaraqlılar dünən baş vermiş regionun prokurorluq rəsmisinin qətlində şübhəli bilinirdilər. Maksud Maksudov regionun həbsxanalarına nəzarət edirdi. Dünən hahelə Dağıstanda hüquq mühafizəçiləri Tabasaranski regionunda axtarış əməliyyatları nəticəsində 4 yaraqlını öldürüb. Hələlik həlak olan yaraqlıların kimliyi müəyyən edilməyib. Qeyd edək ki, Dağıstanda Rusiya hərbi qüvvələri 10 ildən çoxdur ki, yaraqlılarla mübarizə aparır.

XS
SM
MD
LG