Accessibility links

Minlərlə amerikalı Obama administrasiyasının planlarına etiraz edir


Minlərlə nümayişçi bu gün Vaşinqton küçələrinə axəşaraq hökumət xərclərinin artmasına etirazlarını bildirirlər. Nümayişçilərin başlıca tənqid obyektləri bankların subsidiyası və səhiyyə islahatları ilə bağlı Demokrat administrasiyasının planlarıdır. Bir çoxları əllərində Amerika bayraqları və prezident Barak Obamanı tənqid edən şüarlar daşıyır. Tədbirdə bir neçə yüksək rütbəli Respublikaçı siyasətçilər nitq söyləyiblər. Bu arada Minnesota ştatında keçirilən nümayişdə çıxış edən prezident Barak Obama səhiyyə islahatlarını müdafiə edib. O, milyonlarla amerikalının ağır səhiyyə xərcləri ilə üzləşdiklərini vurğulayaraq islahatlarla oyun oynamaq vaxtının bitdiyini söyləyib.
XS
SM
MD
LG