Accessibility links

Rusiya prezidenti Türkmənistandadır


Rusiya prezidenti Dmitri Medvedyev Türkmənistan prezidenti Gurbanqulu Berdiməhəmmədovla enerji məsələlərinin müzakirəsi məqsədi ilə o ölkəyə səfər edib. Rusiya mətbuatının bildirdiyinə görə, Medvedyev dünyanın ən böyük təbbi qaz ehtiyatına malik olan Tükmənistana bu gün gedib. Qazaxıstan prezidenti Nursultan Nəzərbayev də İpək yolu-2009 avtorallisinin son mərhələsinin başlanğıcı mərasimində iki ölkə liderinə qatılıb.

Rusiya, Türkmənistan və Qazaxıstan liderlərinin son görüşü ötən cümə günü Qazaxıstanın Aktau şəhərində təşkil edilən illik enerji sammitində olmuşdu. Sammitin iştirakçıları arasında Azərbaycan prezidenti İlham Əliyev də olub.

XS
SM
MD
LG