Accessibility links

Corc Mitçel İsrail-Fələstin sülh danışıqlarının canlandırılması səylərini davam etdirir


ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçelgələn həftə BMT-nin Baş Assambleyasının görüşü zamanı İsrail-Fələstin sülh danışıqlarının canlandırılmasına çağıracaq. Dünən İsrailə səfər edən cənab Mitçel İsrail və Fələstin liderləri ilə təkbətək görüşlər keçirəcək. ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin gündəliyində İsrailin yəhudi yaşayış məntəqələrinin inşasının dayandırması məsələsi yer alır.

ABŞ İsraildən Şərqi Qüds və İordan çayının qərb sahillərinin işğal edilmiş ərazilərində yaşayış məntəqələrinin insşasının dondurulmasına çağırsa da, İsrail əhali artımı üçün bu tikintinin vacibliyini önə çəkir. Fələstinlilər isə inşaat işləri dayandırılmayınca, danışıqlara qayıtmayacaqlarını deyirlər. Bu gün İsrailin baş naziri Benyamin Netanyahu Qahirədə Misir prezidenti Hüsnü Mübarəklə görüşüb, sülh müzakirələrinin bərpası məsələsini müzakirə edir.

XS
SM
MD
LG