Qazaxıstanda
Narkotiklərlə Mübarizə Səhiyyə Mərkəzində baş vermiş yanğın 38 nəfərin ölümü
ilə nəticələnib. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın
bu gün səhər Taldikorqan şəhəri yaxınlığında baş verib. Verilən məlumatlara
görə, nazirlik işçiləri binadan 40 nəfəri xilas edə bilib. Yanğının səbəbləri
hələlik müəyyəb edilməyib. Baş nazir Kərim Məsimov hadisənin araşdırılması üçün
təhqiqat komissiyasının yaradılması göstəriş verib və o, öz müavini Serik
Əhmətovu bu komissiyaya başçı təyin edib.