Pakistan
rəsmilərinin məlumatına görə, Əfqanıstanın sərhəd bölgəsində qəbilələrin
yaşadığı ərazidə yaraqlıların hücumu nəticəsində 3 əsgər həlak olub. Rəsmi
məlumata görə, bugünkü hücum Xeybər regionunda Pakistan ordusunun konvoyunu
hədəf alıb. Bu ayın əvvəlinda Paksitan qüvvələri bu regiondan Taliban
yaraqlılarına qarşı hücuma keçmişdi. Partlayış zamanı bir neçə nəfər yaralanıb.
Taliban yaraqlıları Əfqanıstandakı NATO və ABŞ qüvvələrinə təchizat aparan
konvoy Xeybər Keçidindən keçən zaman hücumu həyata keçirib. Pakistan
yaraqlıların məhvi üçün ABŞ-ın ciddi təzyiqləri altındadır.