Accessibility links

Taliblərin ağır tikisinə səbəb olan  döyüşlər barədə detallar açılanıb


Ümumdünya Ərzaq Təşkilatının ərzaq malları daşıyan maşın karvanını taliban yaraqlıları pusquya salmasından sonra onlarla əfqan və beynəlxalq hərbi qüvvələr arasındakı döyüşlərdə 50-ə yaxın yaraqlı öldürülüb. Əfqan əsgərlərinin müşayiət etdikləri maşın karvanı Fərəh vilayətinin qiyamçıların istehkamı olan Bala Baluk mahalında atəşə məruz qalıb. 500 ton ərzaq malları daşıyan 14 maşın karvanı yol kənarında yerləşdirilən bomba partlayışları və minimyot atəşinə məruz qalmışdı. Birləşmiş Ştatların Hərbi dəniz donanmasının komandiri Kristin Sidenstriker Amerikanın səsinə bildirib ki, Birləşmiş Ştatların hərbi qüvvələri təcili olaraq hərbi qüvvəni yardıma çağırmışdı. BMT-nin Dünya Ərzaq programı bildirir ki, hücum zamanı maşın karvanına zərər dəyməyib və işçilərinin heç biri də xəsarət almayıb. Hücumda bir qadın və bir qız da həlak olub. Bu hücum Əfqanıstanda zorakılıq dalğasının artdığı bir vaxta təsadüf edir. Əfqanıstandakı 100 minlik xarici hərbi qüvvənin çoxunu Amerika əsgərləri təşkil edir.

XS
SM
MD
LG