Accessibility links

Dünyada hər il milyonlarla insan pulsuz səhiyyə xidmətləri imkanı olmadığına görə vəfat edir


Dünyanın aparıcı QHT-ləri və səhiyyə həmkarları birlikləri dünyada hər il milyonlarla insanın pulsuz səhiyyə xidmətləri imkanı olmadığına görə vəfat etdiyini bildirir. 62 təşkilat tərəfindən aparılan araşdırmaların nəticələrinə görə, ildə yarım milyon hamilə qadın tibbi xidmətlərdən məhrum olduğu üçün dünyasını dəyişir.

Dünyada çoxsaylı insan həkim xərclərini ödəyə bilmədikləri üçün klinikalarda girov qalır. Hesabat BMT-nin Baş Assambleyasının sentyabrın 23-də keçiriləcək yığıncağından əvvəl açılanıb. Həmin tədbirdə liderlər Burundi,Qana,Liberiya,Malavi, Mozambik, Nepal və Sierra Leone kimi ölkələrdə pulsuz təbabət imkanlarını artıqmağı planlaşdırıb.


XS
SM
MD
LG