Accessibility links

Prezident Obama maliyyə sektorunda islahatlara çağırıb


Prezident Barak Obama ABŞ-ın tənəzzül içində olan maliyyə sektorunda islahatları dəstəkləməyə çağırıb.

Cənab Obama qlobal maliyyə böhranının ən qızğın vaxtları problemlərlə qarşılaşmış şirkətlərin çoxunun yerləşdiyi Nyu Yorkda bu gün iqtisadi durumla bağlı nitq söyləyib. Cənab Obama tənəzzülə əsas səbəblər kimi risklərə gedilməsi və nəzarətin olmamasını göstərib. O deyib ki, bir çox şirkətlər hazırda iqtisadi bərpaya işarələri düzgün qiymətləndirmir və böhranın dərslərinə əhəmiyyət vermir.

Prezident Obama bildirib ki, nəzarətin dəyişdirilməsinin iqtisadiyyatın yavaşımasına gətirib çıxaracağını və bazara təsir göstərəcəyini deyən tənqidçilər yanılırlar. Cənab Obamanın sözlərinə görə, effektiv və düşünülmüş qaydalar bazarın lazımi şəkildə funksiya göstərməsi üçün olduqca böyük əhəmiyyət daşıyır.

ABŞ prezidenti bu çıxışını ən böyk maliyyə şirkətlərindən biri olan Lehmann Brothers kampaniyasının müflis olduğunu elan etməsindən bir il keçdikdən sonra edir. Şirkətin müflisləşməsi onsuz da problemlərlə qarşılaşmış iqtisadiyyatı bütün dünya boyu dərin tənəzzülə salmışdır.




XS
SM
MD
LG