Accessibility links

Benyamin Netanyahu İsrailin yaşayış məntəqlərinin inşasını dayandımaq planları olmadığını deyib


İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin işğal olunmuş ərazilərdə yaşayış məntəqələrinin inşasını dayandırmaq planları olmadığı deyib. Birləşmiş Ştatlar və fələstinlilər sülh danışıqlarına yenidən başlamaq üçün inşanı dayandırmağı tələb edib.

Baş nazir Netanyahu İsrail qanunvericilərinə bu gün deyib ki, o, məhdud müddət üçün yaşayış məntəqələrinin inşasını azaltmaq məsələsini nəzərdən keçirir. Onun bildirdiyinə görə, İsrail Vaşinqtonla bu müddət barədə hələ razılıq əldə etməyib.

ABŞ-ın xüsusi nümayəndəsi Corc Miçel İsrail və Fələstin liderlərini bu həftə Nyu Yorkda BMT-nin Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ rəsmilərilə üçtərəfli danışıqlar keçirməyə razı salmaq üçün İsraildədir.

Fələstinlilər İsrail yaşayış məntəqələrinin inşasını dayandırmadığı halda, danışıqlara qatılmayacaqlarını bildiriblər. Fələstinlilər gələcək Fələstin dövlətinin yaradılması üçün əraziyə iddialarını irəli sürürlər.

Israil İordan çayının Qərb sahilini 1967-cı ildə Ərəb-İsrail müharibəsi zamanı ələ keçirmişdi. ABŞ-ın xüsusi nümayəndəri Corc Mitçel Fələstinlilərin prezidenti Mahmud Abbasla görüşməlidir.

XS
SM
MD
LG