Beynəlxalq
Atom Enerjisi Agentliyi rəsmən yaponiyalı diplomat Yukiya Amanonu quruma yeni
baş direktor təyin edib. Amano BAEA-ya
12 il rəhbərlik etmiş misirli Məhəmməd əl Baradeini əvəzləyəcək. Amano 1972-ci ildən başlayaraq Yaponiya xarici
işlər nazirliyində yüksək vəzifələr tutub.
Onun tərcümeyi halı tərksilah, non-proliferasiya və nüvə enerjisi siyasətindəki
təcrübə ilə zəngindir. O, həmçinin
Yaponiyanın Vaşinqton, Brüssel və Vyanadakı səfirliklərində çalışıb.