Accessibility links

İranda kütləvi etiraz aksiyasında iştirak edən 6 dissident məhkəmə qarşısına çıxarılıb


İranın dövlət mediası İRNA-nın məlumatına görə, iyun ayı prezident seçkilərindən sonra baş qaldıran kütləvi etiraz aksiyasında iştirak edən 6 dissident məhkəmə qarşısına çıxarılıb.Xəbər agentliyi aralarında tələbə fəallların lideri Abdulla Mömeni olmaqla, həmin dissidentlərin məhkəməsinin bu gün başladığını bildirib.

İran hökuməti tərəfindən artıq 100 nümayişçi dövlət çevrilişi cəhdi ittihamı ilə məhkəmələrə cəlb edilib. Müttəhimlər arasında İranın islahatçı silayətçiləri də yer alır. İran müxalifəti Mahmud Əhmədinejadın yenidən hakimiyyət gəlməsinə yol açan seçkilər zamanı saxtakarlıqlara yol verildiyini, hökumət isə bu iddiaların əsasız olduğunu bildirir.
XS
SM
MD
LG