Livanın cənubundan İsrailin şimalına atılan iki raket hücumunun məsuliyyətini Əl-Qaidə ilə əlaqəsi olan yaraqlı qrupun öz üzərinə götürdüyü xəbər verilir. Yaraqlıların veb səhifəsində cümə günü Abdulla Əzəm Briqadası tərəfindən həyata keçirilən raket hücumlarının Israilin fələstinlilərə qarşı cinayətlərinə görə edildiyi bildirilir. İsrail isə raket hücunlarının qarşılığında artileriya atəşləri ilə cavab verib. Xəsarət alanlar barədə məlumat verilmir.
İsrail BMT-yə raket hücumları barədə məlumat verərək, bu növ hərəkətlərdə Livan hökumətinin məsuliyyət daşıdığını bildirib.