Məşhur Amerika aktyoru Patrik Svazi 57 yaşında dünyasını dəyişib.
“Dirty Dansing” və “Ghost” kino-filmlərinə görə şöhrət qazanmış aktyor mədəaltı vəzi xərçingindən əziyyət çəkirdi.
Svazi böyük ekranda 1980-ci illərdə yeniyetmələr üçün roman əsasında çəkilmliş “The Outsiders” filmində ifa etdiyi rola görə böyük şöhrət qazanmışdı. Peşəkar rəqqas olan Svazi 1987-ci ildə “Dirty Dancing” filminə görə Qızıl Qlobus mükafatı almışdır.
Bundan sonra baş rolda çəkildiyi “Ghost”, “Ruh” romantik trilleri onun yaradıcılığının zirvə nöqtəsi hesab edilir. Son 20 ildə aktyor daha çox kiçik xarakterik rollarda çəkilmişdir.
Svazidə mədəaltı xərçəng olduğu 2008-ci ildə elan edilmişdi. Bu diaqnoz alan xəstələrin yalnız 5 faizdən azı 5 il yaşaya bilir. Xəstə olduğunu bildikdən sonra da Svazi televiziya proqramlarında çəkilişləri davam etdirirdi.