Accessibility links

Rusiya Abxaziya sularına daxil olan Gürcüstan gəmilərinin saxlanacağını bildirir


Rusiya rəsmiləri Rusiyanın dəstəklədiyi separatçı Abxaziyanın sularına daxil olan Gürcüstan gəmilərinin saxlanacağını bildirir. Rusiya ordusu keçən ildən bəri Gürcüstanın separatçı regionları Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdıqdan sonra sərhədlərində keşik çəkir. Rusiya mediası Gürcüstan gəmilərinin Abxaziya sularına həmin regiona yük daşıyan gəmiləri ələ keçirmək üçün daxil olduğunu bildirir. Rusiya hərbi rəsmisi Viktor Turfanova istinad edən media bildirir ki, Rusiya hərbi qüvvələri Gürcüstanın Abxaziya sularına daxil olan hər bir gəmisini ələ keçirəcək.

Bu arada Moskvanın Abxaziya və Cənubi Osetiya ilə Rusiya hərbi bazalarının həmin regionlarda daha 49 il qalacağı barədə razılıq əldə etdiyi xəbər verilir.

XS
SM
MD
LG