Accessibility links

Kəraçidəki yanacaq anbarına qarşı hücum cəhdinin qarşısı alınıb


Pakistan polisinin bildirdiyinə görə, keçən gecə təhlükəsizlik qüvvələri tərəfindən əsas liman şəhəri Kəraçidəki yanacaq anbarına qarşı hücum cəhdinin qarşısı alınıb. Kəraçı şəhərinin polis rəisi Vassem Əhmədin dediyinə görə, bürgə geymiş üç kişinin mindiyi maşın anbarın girəcəyində saxlanılarkən atışma olub və bir təhlükəsizlik işçisi həlak olub. Cənab Vassem zabitlərin cavab atəşi açdıqlarını, lakin hücumçuların qaçmağa nail olduqlarını, hadisə yeridən isə 10 ədəd əldəqayırma qumbara, 3 tüfəng və 3 bürgə aşkar edildiyini deyib. Mütəşəkkil yaraqlı qrupu ilə əlaqəsi olduğundan şübhələnilən hadisə ilə bağılı istintaq aparılır.

XS
SM
MD
LG