Accessibility links

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi sülh danışıqlarının canlandırılmasına dair müzakirələr keçirir


ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi sülh danışıqlarının canlandırılmasına dair müzakirələr keçirir. Corc Mitçel BMT-nin Baş Assambleyasının görüşü zamanı İsrail-Fələstin sülh danışıqlarının canlandırılmasına çağıracaq. Səfərini ötən şənbə günü İsraildən başladan cənab Mitçel İsrail və Fələstin liderləri ilə təkbətək görüşlər keçirib. İki gün davam edən müzakirlər konkret nəticələr verməyib.

İsrailin baş naziri Benyamin Netanyahu ofisi Corc Mitçellə Qüds görüşünü müsbət adlandırıb. Onlar cümə günü Mitçelin ərəb ölkələrinə səfərindən sonra yenidən görüşməlidir. ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin gündəliyində İsrailin yəhudi yaşayış məntəqələrinin inşasının dayandırılması məsələsi yer alır. Fələstinlilər inşaat işləri dayandırılmayınca, danışıqlara qayıtmayacaqlarını deyirlər.

ABŞ İsraildən Şərqi Qüds və İordan çayının qərb sahillərinin işğal edilmiş ərazilərində yaşayış məntəqələrinin inşasının dondurulmasına çağırsa da, İsrail artmaqda olan əhali üçün bu tikintinin vacibliyini önə çəkir. İsrailin baş nazir Benyamin Netanyahu inşaatın tamamilə dayandırlmasını istisna edərək, tikinti işlərinə müvəqqəti olaraq fasilə verilə biləcəyini deyib.

XS
SM
MD
LG