Accessibility links

Riçard Goldstonun dediyinə görə, İsrail Qəzza hücumları zamanı beynəlxalq qanunlara riayət etməyib


BMT-nin İsrailin Fələstinin Həmas qrupuna qarşı Qəzza zolağındakı hücumlarını araşdıran təhqiqat qrupu belə bir qənaətə gəlib ki, tərəflərin hər ikisi də müharibə və bəşəriyyətə qarşı mümkün cinayətlər işlədib. Təhqiqat qrupunun rəhbəri Riçard Goldstonun dediyinə görə, İsrail mülki əhali arasında tələfatı minimuma endirmək üçün beynəlxalq qanunlara riayət etməyib. O, həmçinin Həmasın İsralin cənub bölgələrinə qarşı raket hücumlarının da mülki əhalini hədəf aldığını deyib. BMT-nin hesabatda tərəflər bu ttihamlara dair istintaq aparılmasına çağırılır.

İsrail Qəzzaya nəzarət edən Həmasa qarşı hücumların yaraqlı qrupun raket hücumlarına cavab mahiyyyəti daşıdığını deyir. 3 həftəlik münaqişə səbəbi ilə 1300 fələstinli və 13 israilli həlak olmuşdu. Israil BMT ilə təhqiqiat əməkdaşlığından imtina edərək, bunun Fələstinin xeyrini güddüyünü bildirir. Israilin xarici İşlər Nazirliyi və Fələstin rəsmiləri araşdırmaların nəticələrinə etirazlarını bildiriblər.

XS
SM
MD
LG