Accessibility links

ABŞ-ın vitse-prezidenti Co Bayden Bağdadda İraq liderlərilə görüşür


ABŞ-ın vitse-prezidenti Co Bayden Bağdada səfərinin ikinci günü İraq rəsmilərilə görüşlər keçirir. Onun gəlişindən bir qədər sonra Bağdadda minomyot hücumu nəticəsində iki adam həlak olmuşdur.

Baydenin aparacağı danışıqların İraqda yanvar parlament seçkiləri keçirmək planları ətrafında mərkəzləşəcəyi gözlənilir.

Bundan öncə ABŞ-ın İraqdakı hərbi qüvvələri bildirib ki, İraq və Amerika əsgərləri dünən Bağdadın hökumət binalarının yerləşdiyi Yaşıl zonasında hücum həyata keçirməkdə şübhəli bilinən üç yaraqlını saxlayıb.

İraq polisi bildirib ki, dörd minomyotdan birindən Yaşıl zonaya açılan atəş hədəfə dəyməyərək yaşayış binasını zədələyib, nəticədə iki mülki şəxs həlak olub. Yaşıl zonanın özündə keç kimin xəsarət almadığı və dağıntıların olmadığı bildirilir.

ABŞ-ın monitorinq qrupu bildirib ki, İraqın militant fraksiyası olan Mücahidin ordusu islamçı veb səhifədə yerləşdirdiyi bəyanatda hücumun məsuliyyətini öz üzərinə götürüb.

XS
SM
MD
LG