Accessibility links

ABŞ hərbi rəsmisi Əfqanıstana əlavə qüvvə göndərilməli olduğunu deyir


ABŞ-ın yüksək rütbəli hərbi zabitinin sözlərinə görə, yaraqlılarla mübarizədə qalib gəlməsi üçün Birləşmiş Ştatlar Əfqanıstana daha çox qoşun göndərməlidir. Birgə Qərargahlar rəisi Admiral Mayk Müllen Senat komitəsinə bildirib ki, lazımı şəkildə təşkil olunmuş əks-qiyamçı əməliyyatları üçün daha çox qüvvə lazımdır. O, Əfqanıstanın hazırda terrorizmi episentri olduğunu deyib. Müllenin sözlərinə görə, ABŞ-ın Əfqanıstandakı missiyası 5 ildir ki pis təchiz olunub və açıq-aydın bəllidir ki, prezident Barak Obamanın yeni strategiyasının icrası üçün daha çox mənbəyə ehtiyac var. Son sorğu göstərir ki, amerikalıların 58 faizi müharibənin əleyhinədir. Respondentlərin cəmi 39 faizi müharibəni dəstəkləyir.
XS
SM
MD
LG