ABŞ-ın
Nümayəndələr Palatasında əksəriyyət təşkil edən demokratlar ötən həftə
prezident Barak Obamanın Koqresdəki çıxışı zamanı "yalan deyirsən" deyə onun
çıxışına mane olan respublikaçı nümayəndə Co Uilsona töhmət veriblər.
Nümayəndələr Palatasında bu qərar 240 lehinə, 179 əleyhinə səslə təsdiq edilib.
Bu ölçü yüngül tənbeh forması hesab edilir.
Səsvermədən əvvəl Uilson qanunvericilərə demişdi ki, Amerika qarşısında bizim dediklərimizdən daha ciddi məsələlər durur. O, prezident Obamadan üzr istədiyini və prezidentin bunu qəbul etdiyini xatırladıb. Uilson üzrxahlığı Ağ Evə insidentdən bir neçə saat sonra telefonla edib.