Accessibility links

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi sülh danışıqlarının canlandırılmasına dair müzakirələrini Livanda davam etdirir


ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi sülh danışıqlarının canlandırılmasına dair müzakirələrini prezident Mişel Süleymanla Livanda davam etdirib. Corc Mitçel Beyruta İsrail və Fələstin liderləri ilə təkbətək görüşlər keçirdikdən sonra gedib. İki gün davam edən müzakirlər konkret nəticələr verməyib.

ABŞ Dövlət Departamentinin sözçüsü İan kelli Mitçelin İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşünü yaxşı adlandırıb. Kelli deyib ki, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi müzakirələrdə bir qədər tərəqqiyə nail olub, lakin əlavə danışıqlara hələ də ehtiyac var. ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin gündəliyində İsrailin yəhudi yaşayış məntəqələrinin inşasının dayandırılması məsələsi yer alır. Fələstinlilər inşaat işləri dayandırılmayınca, danışıqlara qayıtmayacaqlarını deyirlər.

ABŞ İsraildən Şərqi Qüds və İordan çayının qərb sahillərinin işğal edilmiş ərazilərində yaşayış məntəqələrinin inşasının dondurulmasına çağırsa da, İsrail artmaqda olan əhali üçün bu tikintinin vacibliyini önə çəkir. İsrailin baş nazir Benyamin Netanyahu inşaatın tamamilə dayandırlmasını istisna edərək, kompromiz olaraq tikinti işlərinə müvəqqəti olaraq fasilə verilə biləcəyini deyib. İordan çayının qərb sahilində 3000 evin tikintisi davam etdiriləcək, lakin yeni layihələr təsdiq edilməyək. Şərqi Qüdsdə isə inşaatın dondurulması nəzərdə tutulmur.

XS
SM
MD
LG