Accessibility links

İranın Xarici İşlər nazirliyi Fransa prezidentini tənqid edib


İranın Xarici İşlər nazirliyi İranın nüvə silahları hazırlamaq üzərində işlədiyini deməsinə görə Fransa prezidenti Nikola Sarkozini tənqid edib.

İranın İSNA agentliyinin çap etdiyi bəyanatda deyilir ki, Xarici İşlər nazirinin sözçüsü Həsən Qaşqavi Fransa prezidentinin şərhlərinin Beynəlxalq Atom Enerjisi agentliyinin tapıntıları ilə bir araya gəlmədiyini deyib. Onun sözlərinə görə, bu şərhlər siyasi motivlərə əsaslanır və reallıqdan uzaqdır.

Bu həftənin əvvəli cənab Sarkozi demişdi ki, Fransa kəşfiyyat xidmətləri İranın nüvə proqramı üzərində işlədiyinə əmindir. O həmçinin İrana qarşı daha artıq sanksiyaların tətbiq edilməsinin mümkünlüyü məsələsini qaldırmışdır.


XS
SM
MD
LG