Accessibility links

Şimali Koreya nüvə proqramını müzakirə etməyə hazırdır


Çin dövlət mediası xəbər verir ki, Şimali Koreya lideri Kim Conq İl ölkəsiin nüvə proqramını ikitərəfli və çoxtərəfli danışıqlarda müzakirə etməyə hazırdır. Çinin rəsmi Şinhua xəbər agentliyi bildirir ki, Kim səfərdə olan Çin Dövlət Müşaviri Day Binquoya bildirib ki, Pxenyan Koreya yarımadasının nüvəsizləşdirilməsi yönümündə çalışacaq. Şimali Koreya lideri Kim elçiyə bildirib ki, onun ölkəsi qarşıda olan problemləri həll etmək əzmindədir. Day bu həftə Çin prezidenti Hu Cintaonun xüsusu elçisi qismində Şimali Koreyaya səfər edib. Çin Şimali Koreyanın başlıca müttəfiqidir və 2003-cü ildə Şimalın nüvə proqramı üzrə altıtərəfli danışıqlara ev sahibliyi edib.
XS
SM
MD
LG