Accessibility links

BMT İranla bağlı son məlumatları təkzib edib


BMT nüvə agentliyi bildirir ki, İranın nüvə silahı proqramına malik olması və ya nə vaxtsa bu proqramı icra etməsi barədə onlarda heç bir sübut yoxdur. Agentlik bildirir ki, onları siyasi motivli və əsassız olan bu iddiaları təkzib edir. Mərkəzi qərargahı Vyanada olan Beynəlxalq Atom Enerjisi Agentliyi mətbuatda dərc olunan son məlumatlara reaksiyasında bu açıqlamaları verib. Məlumatlarda deyilir ki, İranın nüvə silahı əldə etməsi üçün proqram həyata keçirməsinə dair dəlillər var. Nüvə agentliyi dünən açıqlanan bəyanatında deyilir ki, agentlik təhlükəsizlik tədbirlərinin həyata keçiriə biləcəyi barədə müxtəlif mənbələrdən məlumat əldə edib. Bəyanatda habelə deyilir ki, İran haqda bütün məlumatları agentliyin rəhbəri Məhəmməd Əl Baradei İdarəçilər Şurasının 35 dövlətinin nümayəndəsi ilə bölüşüb.
XS
SM
MD
LG