Accessibility links

Mahmud Əhmədinejad yəhudi soyqırımının yalan olduğunu bir daha təkrar edib


İran prezidenti Mahmud Əhmədinejad Holokost soyqırımının İsrail dövlətinin yaradılması üçün Qərb tərəfindən uydurululduğunu bir daha təkrar edib. Cənab Əhmədinejad bunu bu gün Tehranda hökumətin sponsorluq etdiyi fələstinlilərə dəstək məqsədi ilə keçirilən illik nümayiş zamanı on minlərlə insan qarşısında deyib. İran prezidenti Holokostun sübutolunmaz bir mif olduğunu və İsrailə dəstək məqsədi daşıdığını deyib.

İran müxalifətinin də bu gün keçirilən nümayişlərə qatılmağa çalışdığı, lakin təhlükəsizlik qüvvələri ilə qarşıdurma baş verdiyi bildirilir. İnsident zamanı bir neçə nəfərin həbs edildiyi xəbər verilir.

XS
SM
MD
LG