Accessibility links

Prezident Obama qlobal maliyyə böhranına qarşı birgə səylərə çağırır


ABŞ prezidenti Barak Obama deyir ki, dünyanın aparıcı dövlətləri qlobal maliyyə böhranını aradan qaldırmaq üçün mühüm addımlar atıblar, lakin görüləsi hələ çox iş qalır. Həftəlik radio və internet müraciətində prezident Obama deyib ki, ötən aprel ayında dünya liderləri Böyük İyirmiliyin sammitində misilsiz beynəlxalq əməkdaşlıq nümayiş etdirdilər. Cənab Obama deyir ki, İyirmiliyin gələn həftə Pittsburqda keçirəcəyi sammit atılan addımların nəzərdən keçirilməsinə həsr olunacaq.
XS
SM
MD
LG