ABŞ müdafiə naziri Robert Geyts deyir ki, Amerikanın Avropada anti-raket sistemi barədə planları ləğv etdiyini iddia edənlər ya yanılır və ya da həqiqəti təhrif edirlər.
2006-cı ildə cənab Geyts o zamankı prezident Corc Buşa tövsiyə etmişdi ki, anti-raket sistemini Avropada yerləşdirsin. Rusiya öz təhlükəsizliyinə hədə kimi dəyərləndirdiyi plana qarşı çıxdı. Lakin planın tərəfdarları iddia edirdi ki, bu, ABŞ və onun Avropalı müttəfiqlərini İran və Şimali Koreya kimi ölkələrdən qorumağın ən yaxşı yoludur.
Buş administrasiyası radar bazasının Çex Respublikasında, on interseptor raketin isə Polşada yerləşdirilməsini təklif etdi. Bu raketlərin məqsədi atılan mərmiləri vurmaq idi.
Ancaq indi prezident Barak Obama öz planlarını açıqlayıb. O, deyir ki, yeni plan təkmilləşdirilmiş texnologiya və İranla bağlı yeni kəşfiyyat məlumatlarına əsaslanır. Rəsmilər deyirlər ki, İranın uzaq mənzilli ballistik mərmilər inkişaf etdirməsi gözlənildiyindən ləng olub.
Müdafiə naziri Robert Geyts deyir ki, indi Avropadakı ABŞ qüvvələrinə və müttəfiqlərə qısa və orta mənzilli raketlər təhlükə törədir. O, ABŞ-ın radar və interseptor qurğularını şimali və cənubi Avropa boyunca hərbi gəmilərdə yerləşdirəcəyini deyir. Bu həmin qurğuların mobilliyini artırır.
Çex Respublikasının baş naziri Yan Fişer deyib ki, prezident Obama onu öz qərarı haqda cümə axşamı məlumatlandırıb. Polşa baş naziri Donald Task deyir ki, onun ölkəsi ABŞ-a loyal olaraq qalır.
Lakin Varşava Universietinin Amerika üzrə mütəxəssisi Zbiqnev Leviçki öz narahatlıqlarını dilə gətirib: “Heç kim ABŞ-la Rusiya arasında yaxşı münasibətlərin əleyhinə çıxmır. Lakin bu, elə bir şəkildə edilməməlidir ki, Rusiyanın əssassız olaraq Avropanın bu hissəsində həlledici qüvvə olması barədə iddialarını təsdiq etsin,” deyə o, bildirir.
Rusiya prezidenti Dmitri Medvedev bu qərarı məsuliyyətli addım adlandırıb. O, və prezident Obama gələn həftə görüşməyi nəzərdə tuturlar. Onlar Pennsilvaniya ştatının Pittsburq şəhərində 20-lərin sammiti çərçivəsində görüşəcəklər.
Obama administrasiyası keçmişdə Rusiya ilə münasibətləri yenidən başlamaq haqda bəyanat verib. Tərəflər hazırda nüvə silahlarını azaldacaq yeni saziş üzərində danışıqlar aparırlar.
Lakin sabiq prezident Buşun anti-raket sistemini ləğv etmək qərarı Konqresdə qarışıq reaksiyalarla qarşılanır. Prezident Demokrat partiyasının üzvləri addımı alqişlayıblar. Lakin azlıqda olan Respublikaçılar bunu Avropalı müttəfiqlərə xəyanət və Rusiyanın gücləndirilməsi kimi dəyərləndirir. Tənqidçilər habelə Rusiyanın İrana qarşı sərt sanskiyaların tətbiqinin qarşısını aldığını qeyd edirlər.