Accessibility links

Dünya müsəlmanları Ramazan bayramını qeyd edir


Dünya müsəlmanları bu gün Ramazan bayramını qeyd edir.

Səudiyyə Ərəbistanında minlərlə insan Məkkədə Ramazan ayının bitməsi münasibətilə xüsusi səhər namazı qılıb.

İordaniyada Kral Abdulla Qırmızı dəniz sahilində yerləşən Aqaba kurortunda namaz mərasiminə qatılıb.

Vaşinqtonda ABŞ prezidenti Barak Obamanın bu münasibətlə dünya müsəlmanlarına təbrik mesajında bu gün bayramı qeyd etməklə yanaşı, imkansız insanları yaddan çıxarmamağa çağırılır.

Müsəlman dünyasında İd əl-Fitr adlanan bayram ölkədən-ölkəyə fərqli şəkildə qeyd edilir. Üç gün sürən bayram zamanı insanlar dostları və yaxınlarını ziyarət edir, bir-birinə hədiyyələr bağışlayır.

XS
SM
MD
LG