Accessibility links

Yaponiya Əfqanıstana əlavə maliyyə yardımı məsələsini nəzərdən keçirir


Yaponiyanın Xarici işlər naziri Katsuya Okada deyib ki, Tokio hərbi dəniz qüvvələrinin yanacaqla təmin edilməsi missiyası yanvar ayında başa çatdıqdan sonra Əfqanıstana daha artıq maliyyə yardımı göndərmək məsələsini nəzərdən keçirir. O, Asahi tele-şirkətinə müsahibə zamanı bildirib ki, Yaponiya belə görünür, Əfqanıstana İraqda olduğu kimi əsgəri qüvvə göndərməyəcək.

Okadanın sözlərinə görə, Əfqanıstanda vəziyyət oraya humanitar yardım işçilərinin göndərilməsi üçün olduqca təhlükəlidir. Xarici işlər naziri qeyd edib ki, ABŞ-ın Əfqanıstanda hərbi qüvvələrinin Hind okeanında yanacaqla təmin edilməsi missiyası uzadılmayacaq.

Yaponiyanın baş diplomatı bu açıqlamaları BMT-nin Baş Assambleyasının sessiyası çərçivəsində Dövlət katibi Hilari Klintonla görüşmək üçün Birləşmiş Ştatlara səfərindən öncə verib.


XS
SM
MD
LG