Accessibility links

Rusiya prezidenti İsrailin İrana hücum etmək planı olmadığını deyir


Rusiya prezidenti Dmitri Medvedev deyib ki, İsrail rəsmiləri onu İrana qarşı hərbi hücuma keçmək planları olmadığına əmin ediblər.

CNN tele-şirkətinin bu gün yayımladığı müsahibə zamanı cənab Medvede bildirib ki, İsrail prezidenti Şimon Peres bu vədi keçən ay onların Soçi şəhərində görüşü zamanı verib. Rusiya liderinin sözlərinə görə, İrana qarşı hücum humanitar fəlakətlə nəticələnərək, böyük sayda qaçqın yarada bilər. Bu, onun dediyi kimi həm də İranda İsrail və başqa ölkələrdən qisas almaq istəyi yaranmasına gətirib çıxara bilər.

Dmitri Medvedev deyib ki, Rusiya İranla müdafiə haqda müqavilə bağlamasa da, belə bir hücuma münasibətsiz qalmayacaq.

Cənab Medvedev bununla yanaşı Rusiyanın İrana S-300 raketləri satmaq hüququ olduğunu deyib, lakin bunun detalları və raketlərin nə zaman çatdırılacağı haqda danışmayıb.


XS
SM
MD
LG