Accessibility links

ABŞ raket əleyhinə yeni sistemi müdafiə edir


Obama administrasiyası Avropada raketlərdən müdafiə sisteminə dəyişikliklərin Rusiyanın etirazlarına görə edildiyi fikrini rədd edib.

Prezident Obama CBS tele-şirkətinə müsahibə zamanı əvvəlki planın dəyişdirilməsi haqda qərarın Rusiyaya güzəşt olaraq verilmədiyini deyib. Cənab Obama əlavə edib ki, əgər ruslarda, onun sözlərilə “daha az paranoya” olsa və onlar İrandan gələn ballistik raket, ya da nüvə təhlükəsinə cavab vermək üçün birgə işləməyə daha meylli olsalar, bunun xeyri olacaq.

Bu gün “New York Times” qəzetində dərc olunmuş məqalədə ABŞ-ın Müdafiə naziri Robert Geyts bildirib ki, administrasiya Avropada raket əleyhinə müdafiə planından imtina etmir. O deyib ki, yeni plan orijinal variantdan fərqli olaraq bir il əvvəl həyata keçiriləcək.

XS
SM
MD
LG