Accessibility links

Robert Qeyts Vaşinqtonda İsrailin müdafiə naziri ilə görüş keçirir


Bu gün Amerikanın müdafiə naziri Robert Qeyts İsrailin müdafiə naziri Ehud Barakla Vaşinqtonda görüş keçirir. İsrail və ABŞ-ı İranın nüvə proqramı inkişaf etdirməsi narahat edir. Ehud Barak Vaşinqtondan ciddi sanksiyaların tətbiqindən sonra İranla məhdud diplomatiyaya üstünlük verməsini istəyəcəyini deyib.

Ehud Barak hərbi variantın istisna edilmədiyini bildirib. İsrailin müdafiə naziri deyib ki, Amerika Şimali Koreyanın nüvə proqramını dayandırmaqla, İrana təsir göstərə bilər. Ehud Barak Şimali Koreyanın Çin və Rusiya kimi ölkələrin yanında uzunmənzilli raketlər istehsal etməsinin cavabsız qaldığını deyib. O, İranın növbəti addımının Şimali Koreyada baş verənlərdən asılı olacağını bildirib.


XS
SM
MD
LG