Accessibility links

ABŞ-ın raketdən müdafiə sistemində dəyişiklik Rusiyanı qane etmir


Rusiyanın Birləşmiş Hərbi Qərargahlar rəisi Nikolay Makarov deyib ki, Rusiya iştirak etmədiyi hər bir raketlərdən müdafiə sisteminin əleyhinədir. Makarov Polşa və Çex Respublikasında raketlərdən müdafiə sistemi planının dayandırılması barədə ABŞ-ın keçən həftə elan etdiyi qərarın planı ləqv etmədiyini deyib. O ABŞ-ın qərarına əsasən yalnız planlaşdırılmış sistemin dənizdə yerləşdirilmiş sistemlə əvəz ediləcəyini bildirib. General Makarov bu bəyanatı prezident Medvedevlə səfərdə olduğu İsveçrədə verib. O, Rusiyanın Polşa sərhədi yaxınlığında, Kalininqradda qısamənzilli raketlər yerləşdirmək planını hələ ləqv etmədiyini xatırladıb. Rusiyanın müdafiə nazirinin müavini Vladimir Popovkin isə şənbə günü bildirmişdi ki, ABŞ-ın qərarına qarşılıq olaraq Rusiya da həmin raketlərin yerləşdirilməsi planını ləqv edə bilər.

XS
SM
MD
LG