Accessibility links

Kürdüstanın regional hökuməti Norveçin neftçıxarma şirkəti ilə əməkdaşlığını dondurub


İraqın Kürdüstan regional hökuməti Norveçin neftçıxarma şirkəti ilə əməkdaşlığını dondurub. Kürdüstanın Təbii Resurslar Nazirliyi beynəlxalq DNO şirkətinə regional hökumətin reputasiyasını bərpa etmək üçün 6 həftə vaxt verib. Nazirlik eləcə də, şirkəti Oslo Səhm Birjası ilə daxili porblemlərini yoluna qoymağa çağırıb. Regional hökumət bütün bu problemlər həll olunmadığı təqdirdə DNO şirkəti ilə münasibətlərini tam kəsəcəyini deyib.

Qeyd edək ki, Oslo Səhm Birjası bu yaxınlarda DNO şirkətinin maliyyə əmliyyatları haqda tam məlumat vermədiyinə görə cərimələndirib. Səhm birjası iddia edir ki, şirkət bilərəkdən öz səhmlərini Kürdüstan təbii sərvətlər nazirinə, o da bunları Türk şirkətinə satmışdır. Kürdüstan regional hökuməti isə sövdələşmə əsnasında nazirin pul mənimsəmədiyini israr edir. Səhm Birjasının Kürdüstan Təbii Resurslar Naziriliyinə satdığı səhmlərin əvəzində nazirlik ona Türkiyə şirkətini satmişdir.

XS
SM
MD
LG