BMT-nin Baş Assambleyasının illik
yığıncağından əvvəl Associated Pressə müsahibə verən İran prezidenti Mahmud
Əhmədinejad Əfqanıstan, İran seçkiləri və İranın nüvə fəaliyyətlərinə dair bir
sıra sualları cavablandırıb. Prezident deyib ki, Əfqanıstanda sabitliyin
bərqərar edilməsində maraqlıdır və bu sahədə əməkdalıq göstərməyə hazırdır. İranın
dövlət başçısı ABŞ-ı müharibədən sarsılmış bu ölkənin İranla sərhəd bölgələrində
xaos yaratmaqda günahlandırıb. Mahmud Əhmədinejad İran sərhədlərini keçən 3
amerikalı turustin qanunları pozduğunu deyərək, onlara mərhəmət gösrtərilməsinə
çalışacağını bildirib.
İran prezidenti Barak Obamanı İrana potensial dost
münasibəti göstərməyə çağırıb. Əhmədinejad İranın gələn həftə keçiriləcək
Çenevrə danışıqlarında azad və açıq müzakirələrə hazır olduğunu, lakin nüvə
planlarını müzakirə etməyəcəyini deyib. İranın dövlət başçısı Amerikanın Pakistandakı
fəaliyyətlərinin Əfqanıstanın mənafeyinə xidmət etmədiyini bildirib. İranda
seçkisonrası zorakılıqlara dair suala cavab verərkən prezident qarşıdurmalar
zamanı həlak olanlara görə təəssüf hissi keçirdiyini deyib, lakin ölüm
hallarında hökumətin əli olduğuna dair iddiaları rədd edib.