Accessibility links

Israilin xarici işlər naziri Benyamin Netanyahunun Fələstin və ABŞ prezidentləri ilə görüşünü nailiyyət kimi qiymətləndirib


Israilin xarici işlər naziri Avidqor Liberman heç bir şərt irəli sürülmədən keçirildiyinə görə, baş nazir Benyamin Netanyahunun Fələstin və ABŞ prezidentləri ilə görüşünü nailiyyət kimi qiymətləndirib. İsrail radiosuna müsahibəsi zamanı nazir deyib ki, İsrail hökuməti təslim olmayacağı və güzəşdə getməyəcəyini artıq sübut edib.

Fələstinlilər isə Şərqi Qüds və İordan çayının qərb sahillərinin işğal edilmiş ərazilərində inşaat işləri dayandırılmayınca, İsraillə danışıqlara qayıtmayacaqlarını deyirlər. Fələstinlilərin mövqeyi ABŞ tərəfindən dəstəklənir. ABŞ dövlət başçısı Barak Obama Nyu-York görüşündən sonra deyib ki, tərəflər kompromislərə hazır olmalıdır.

XS
SM
MD
LG