ABŞ-ın Cənubi Afrika Respublikasındakı hökumət
obyektləri açıqlanmayan təhlükəsizlik hədələrinə görə bu gün də bağlıdır. ABŞ
səfirliyi təhlükə barədə bəyanatı veb səhifəsində yayıb. Amerika rəsmiləri
çərşənbə axşamı günü təhlükənin mahiyyəti barədə məlumat vermədən səfirlik, konsulluqlar və yardım
təşkilatlarının bağlanmasına göstəriş verib.
Amerikanın Cənubi Afrika Respublikasındakı
səfirliyi xəbərdarlığın regional təhlükəsizlik ofisinin məlumatına
əsaslandığını bildirib. Sabah ABŞ təşkilatları ölkədəki milli bayrama görə
bağlı olacaq.